SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini məsləhətləşmələr aparıb

Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini məsləhətləşmələr aparıb
23-04-2021, 20:21

Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini İqor Jovkva Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə onlayn məsləhətləşmələr aparıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi məlumat yayıb.

Tərəflər COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizə və vətəndaşların peyvəndlənməsi üzrə Ukraynada və Azərbaycanda görülən tədbirləri müzakirə ediblər.

Prezident Ofisi rəhbərinin müavini Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün daim dəstəklənməsinə görə Azərbaycana təşəkkürünü bildirib.

Prezidentin köməkçisi Hikmət Hacıyev 2020-ci ildə təsdiq edilmiş Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında Azərbaycan Respublikasının Ukraynanın strateji tərəfdaşları siyahısına daxil edilməsini yüksək qiymətləndirib. O, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsində qətiyyətli mövqe tutan Ukraynaya təşəkkürünü bildirib.

Tərəflər Qarabağ regionunda təhlükəsizliklə bağlı cari vəziyyəti müzakirə edib, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına Ukraynanın verə biləcəyi töhfə barədə fikir mübadiləsi aparıblar.

İqor Jovkva və Hikmət Hacıyev cari ildə yüksək səviyyəli ikitərəfli dialoqla bağlı növbəti tədbirlər barədə razılığa gəliblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31