SON DƏQİQƏ

naxcivanxeberleri.com

Deputat şəhid ailələri ilə görüşdü-FOTO

Deputat şəhid ailələri ilə görüşdü-FOTO
23-04-2021, 19:10

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev şəhid ailələri ilə görüşlər keçirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Millət vəkili Vətən müharibəsində 13 şəhid verən Ordubad rayonunun Düylün, Aza, Sabirkənd və Darkənd kəndlərində olub, şəhidlərimiz – kapitan Ülvi Hüseynov, baş-leytenant Namiq Xəlilov, leytenant Mətin Hüseynov, leytenant İntiqam Abdullayev və MAHHQ Saday Məmmədəliyevin ailələrinə baş çəkib. Şəhid ailələrinin psixoloji-mənəvi vəziyyəti ilə maraqlanan  Cəbi Quliyev görüşlərdəki çıxışları zamanı qeyd edib ki,  44 günlük Vətən Müharibəsində qorxmadan, çəkinmədən düşmənlə mübarizə aparan,  torpaqlarımızın azadlığı, Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canından keçmiş şəhidlərimiz bizim qələbəmizin səbəbkarlarıdır. Onlar hamımızın övladı, hamımızın qardaşıdır və hər birimiz onlarla fəxr edir, şəhidlərimizi daim qürur hissi ilə yad edirik.

Dövlətimiz Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Qazi və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən danışan deputat Cəbi Quliyev bildirib ki, şəhid ailələrinə diqqət və qayğı dövlət başçımızın xüsusi nəzarətindədir.

Deputat Cəbi Quliyevlə birlikdə Ordubad rayon İcra Başçısının birinci müavini Elvin Məmmədov da görüşlərdə iştirak edib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31