SON DƏQİQƏ

naxcivanxeberleri.com

Amerikalı ekspert: "Bayden “erməni soyqırımı”nı tanımağın nəticələrinə hazır deyil"

Amerikalı ekspert: "Bayden “erməni soyqırımı”nı tanımağın nəticələrinə hazır deyil"
23-04-2021, 14:13

"Qondarma erməni soyqırımı ilə bağlı problem on illərdir həll olunmamış qalır və bunun öz səbəbləri var. Türkiyə bundan əvvəl tədqiqatçılara arxivlərini açmağı təklif edib, lakin Ermənistan bu imkandan heç vaxt istifadə etməyib".

Bu fikirləri NAXCİVANXEBERLERİ.COM-a amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, vəkil İrina Tsukerman ABŞ Prezidenti Cozef Baydenin 24 aprel açıqlamasında "soyqırım" ifadəsini deyib-deməyəcəyini və bunu edəyəcəyi halda Türkiyə ilə münasibətlərə necə təsir edəcəyi ilə bağlı sualı şərh edərkən bildirib.

“Bayden bu yaxınlarda jurnalistlərdən birinin sualına cavab olaraq “erməni soyqırımı”nın tanınması mövzusuna rəğbətini ifadə edib; əlbəttə ki, ABŞ-dakı erməni diasporu və lobbisi tərəfindən təzyiqlər də edilir. Lakin Bayden onun administrasiyası üçün guya prioritet olan məsələlərdə passiv siyasət nümayiş etdirir. Onun Türkiyə ilə müəyyən çəkişməsi var – məsələn, S-400-lərin alınması və ya Türkiyənin Suriyadakı rolu ilə bağlı məsələlərdə. Digər tərəfdən, “soyqırım”ın tanınması Baydenin sadəcə hazır olmadığı siyasi nəticələrə gətirib çıxara bilər”, – analitik deyib.

İ.Tsukermanın sözlərinə görə, bir çox müşahidəçilər hesab edir ki, o, qəhrəman kimi görünmək üçün lobbinin təzyiqi altında sadəcə simvolik bir bəyanat verəcək: "Eyni zamanda, ABŞ-ın digər milli maraqları onu asanlıqla fikrini dəyişməyə və ya daha az konkret danışmağa vadar edə bilər”.

Ekspert deyib ki, administrasiyanın Türkiyə siyasəti bu məsələ ilə əlaqədar çətin kəskin şəkildə dəyişsin: "Soyqırım”ın tanınması bu gün aktual problemləri həll etməyəcək. Düşünürəm ki, Baydenin məsləhətçiləri bunu yaxşı anlayırlar”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31