SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİV: Qarabağdakı erməni separatçılarının rəhbəri Moskvada ev alır

KİV: Qarabağdakı erməni separatçılarının rəhbəri Moskvada ev alır
23-04-2021, 10:52

Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı rejiminin tör-töküntülərinin başçısı Araik Arutyunyan həyat yoldaşı ilə birgə bir neçə gündür Moskvada səfərdədir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu “Qraparak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, səfər heç də könüllü xarakter daşımır: “Araik Arutyunyanı Moskvaya təlimatlandırmaq üçün çağırıblar. Rusiya xüsusi xidmət orqanları onun Ermənistan hakimiyyətinə itaət etməsindən, onların sözü ilə oturub-durmasından narahatdır. Ona görə də Araiki özünə qaytarmağa cəhd göstərirlər”.

Nəşrin məlumatına görə, separatçıların rəhbəri Rusiyaya səfərini “faydalı” etmək qərarına gəlib. Belə ki, Araik Arutyunyan Moskvada özünə ev alır.

Qəzet məsələ ilə bağlı separatçıların rəhbərinin “mətbuat katibi” Lusine Avanesyana müraciət edib. O, məlumatı nə təsdiq, nə təkzib edib: “Bizdə belə məlumat yoxdur”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31