SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğandan qondarma erməni soyqırımı ilə bağlı açıqlama

Ərdoğandan qondarma erməni soyqırımı ilə bağlı açıqlama
22-04-2021, 17:45

“Qondarma erməni soyqırımı iddiası qarşısında həqiqətləri müdafiə edəcəyik”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də Prezident yanında Məşvərət Şurasının toplantısında bildirib.

İclasda qondarma erməni soyqırımının növbəti ildönümü yaxınlaşdıqca, bu məsələ ətrafında cərəyan edən proseslər də müzakirə olunub.

“Qondarma erməni soyqırımı yalanına və siyasi hesablaşmalarda bu iftiranın müdafiəçiləri qarşısında həqiqətləri müdafiə etməkdə davam edəcəyik”, - R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Prezident yanında Məşvərət Şurasının bu gün keçirilən iclasında quruma yeni üzvlərin qəbul olunması, yeni konstitusiya layihəsi və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə məsələləri müzakirə edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31