SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə silahlanmaya yeni döyüş gəmisi daxil edib

Türkiyə silahlanmaya yeni döyüş gəmisi daxil edib
21-04-2021, 16:19

Türkiyə Silahlı Qüvvələrinin silah arsenalına “Amfibi” çoxfunksiyalı döyüş gəmisi daxil edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri tvitter səhifəsində məlumat yayıb.

“Amfibi” qrup komandanlığı hərəkətə hazırlıq təlimləri çərçivəsində gəmi Dəniz Piyadaları Briqadası və Quru Qoşunlarına məxsus helikopterlərlə birlikdə tapşırıqları yerinə yetirib.

“Amfibi” döyüş gəmisi Türkiyənin “Sedef tersanesi"ndə tikilib. Onun maliyyə dəyəri 650 milyon ABŞ dollarıdır. Gəmi 2021-ci ildə istismara verilib və hazırda sınaq mərhələsindədir. Uzunluğu 232 metr, eni 32 metr, hündürlüyü 58 metrdir. Gəmi 56 uçuş, 50 tibb, 200 qərargah heyəti, 550-570 desant, 371 ştatı ümumilikdə 1 223 nəfərlik şəxsi heyətə malikdir.

Bundan başqa, gəmiyə 10 ədəd “Anka” və ya “Bayraktar” pilotsuz uçuş aparatı, 8 ədəd “As532” və ya “CH-47F” helikopteri, 4 ədəd “T-129” ATAK helikopteri, 2 ədəd “S70-B SEAHAWK” ümumi təyinatlı helikopter yerləşdirmək mümkündür.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031