SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əsaslı dostluq və qardaşlıq ruhu ilə işləyəcəyik - Türkiyənin Azərbaycandakı yeni səfiri

Əsaslı dostluq və qardaşlıq ruhu ilə işləyəcəyik - Türkiyənin Azərbaycandakı yeni səfiri
3-04-2021, 10:47

Prezidentin qərarı ilə dost və qardaş Azərbaycana səfir təyin olundum.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağcı öz "Twitter" səhifəsində yazıb.

O, bu məsələdə göstərdiyi dəstəyə görə həm də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkürünü bildirib:

"Prezidentin qərarı ilə Türkiyə Maarif Fondununun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş Azərbaycana səfir təyin olundum. Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezdentmizə təşəkkürlərimi bildirirəm. Əsaslı dostluq və qardaşlıq ruhu ilə, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin".

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Cahit Bağcının Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunması haqqında sərəncam imzalayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031