SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə və ABŞ-ın müdafiə nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Türkiyə və ABŞ-ın müdafiə nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
2-04-2021, 14:00

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Pentaqonun rəhbəri Lloyd Ostinlə telefon danışığı aparıb.

NAXCİVANXEBERLERİ.COM  "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirlyi bildirib.

Türkiyə və ABŞ-ın müdafiə nazirləri regionda təhlükəsizliyi müzakirə ediblər. Tərəflər eyni zamanda müdafiə sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.

“Hulusi Akar və Lloyd Ostin Türkiyə ilə ABŞ arasındakı strateji əlaqələrin əhəmiyyətini qeyd edərək, bütün problemlərin tərəfdaşlıq və müttəfiqlik ruhunda həll olunmasının vacibliyini vurğuladılar. Tərəflər bir daha əməkdaşlığın təşviq edilməsinin və iki ölkənin müdafiə sahəsindəki addımların sıx əlaqələndirilməsinin vacibliyini vurğulayıblar”, - xəbərdə deyilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930