SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə Dohada görüş keçiriblər

Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə Dohada görüş keçiriblər
10-03-2021, 23:43

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri özünün "Twitter" səhifəsində yazıb.

Mövlud Çavuşoğlu qeyd edib ki, görüşdə Dağlıq Qarabağda, Liviyada və Suriyada yaranmış vəziyyəti və bir sıra digər məsələləri müzakirə edilib.

Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib ki, rəsmi Ankara turizm sahəsində pandemiyadan əvvəlki göstəricilərə nail olmağa istiqamətlənib.

Çavuşoğlu həmçinin xatırladıb ki, çərşənbə günü Türkiyənin Mersin əyalətində "Akkuyu" atom elektrostansiyasının enerji blokunun təməlqoyma mərasimi olub. "Qoy o, ləyaqətlə xalqımıza xidmət etsin", - nazir əlavə edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930