SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan: “Qarabağda 30 illik işğalın yaratdığı fəsadları birlikdə aradan qaldırmalıyıq”

Ərdoğan: “Qarabağda 30 illik işğalın yaratdığı fəsadları birlikdə aradan qaldırmalıyıq”
4-03-2021, 15:52

“Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanvari Zəfərlə azad edib. Bölgədə yeni dövrün qapılarını açıb”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında keçirilən 14-cü Zirvə toplantısında deyib.

“Bundan sonra başlıca hədəfimiz Qarabağda sülh və təhlükəsizliyin təmin olunmasına yardımçı olmaq, 30 illik işğalın yaratdığı fəsadları birlikdə aradan qaldırmaqdır. Bu müddətdə təşkilat olaraq Azərbaycan ilə həmrəy olacağımıza inanıram. Ermənistanın da atacağı sülh addımları ilə regional sabitliyin parçası olacağına ümid edirəm”, - dövlət başçısı bildirib.

R.T.Ərdoğan vurğulayıb ki, xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri heç vaxt qəbul etməyiblər və etməyəcəklər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930