09:18 - Bu gün deputatlar 18 məsələnin müzakirəsinə toplaşır
09:10 - Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb
09:00 - “Xalq yaradıcılığı günləri”nə start verilib
00:30 - Günün qoroskopu
23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Azərbaycan Müdafiə Sənayesi naziri Mədət Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdfafiə Sənayesi Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
M.Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, Pakistanın Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizədə daim xalqımızın yanında olduğunu vurğulayan nazir dost ölkənin siyasi, mənəvi dəstəyini və qəti mövqeyini yüksək qiymətləndirib.
Qonaqlar həmçinin Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər barədə məlumatlandırılıblar. Bildirilib ki, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması həmin bölgələrin acınacaqlı vəziyyətə düşməsi, mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələrinin də məhv edilməsi, ən əsası isə yüz minlərlə azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələnib.
Səmimi qəbula görə nazirə minnətdarlığını ifadə edən general Nadim Raza Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafı naminə səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib, iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu və tərəflər üçün bundan sonra da qarşılıqlı faydalı olacağını vurğulayıb.
Nümayəndə heyətinin tərkibində yer alan Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Yaheen Azərbaycan və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafı istiqamətində səylərin birləşdiriləcəyindən və bu əlaqələrin dünyada sülhün bərqərar olunması işinə böyük töhfə verəcəyindən əminliyini bildirib.