SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb

Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
3-03-2021, 16:21

Bu ilin 3 mart tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər və Ermənistanın bəyanatdan irəli gələn öhdəliklərinə qarşı olan pozucu əməlləri barədə italiyalı həmkarına məlumat verdi.

Nazir Luici Di Maio bölgədə dövlətlərarası vəziyyətin normallaşması üçün üçtərəfli bəyanatların bütün aspektlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan münasibətlərin hərtərəfli inkişafı perspektivləri, regiondakı yeni əməkdaşlıq imkanları, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930