23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində 2-5 mart 2021-ci il tarixlərində virtual formatda Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir.
Xarici İşlər Nazirliyindən (XİN) NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, QH tarixində ilk dəfə baş tutacaq bu tədbirdə iştirak üçün QH üzv dövlətlərindən yüzlərlə gənc müraciət etmiş və rəqabətli seçim prosesi nəticəsində 39 QH üzv dövlətini təmsil edən 60 gənc məşğələdə iştirak hüququ qazanmışdır.
İştirakçılar QH üzv dövlətlərinin yüksək vəzifəli rəsmilərinin rollarını canlandırmaqla COVID-19 pandemiyasından sonrakı dövr üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin tövsiyələrini hazırlayacaqlar.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi Cayatma Vikramanayake çıxış etmişlər.
Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi adından çıxış edən xarici işlər naziri Ceyhun Bayramov iştirakçılara COVID-19-a qarşı mübarizədə Azərbaycan Respublikasının ölkə başçısı adından QH sədri qismində irəli sürülmüş təşəbbüslər barədə məlumat vermişdir. Nazir, eyni zamanda, COVID-ə qarşı vaksinlərin pandemiyanın sona çatması ilə bağlı müəyyən ümidlər yaratdığını, lakin vaksinlərin qlobal miqyasda qeyri-bərabər və ədalətsiz bölgüsünün bu istiqamətdə əsas əngəllərdən biri olduğunu vurğulamışdır. Gənclərin post-pandemiya bərpa dövrü ilə bağlı öz yanaşmalarını sərgiləmələrinin əhəmiyyətindən bəhs edən nazir, hazırkı tədbirin bu istiqamətdə olduqca faydalı olacağını bildirmişdir.
BMT Baş katibinin elçisi isə öz çıxışında Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə oynadığı rola xüsusi diqqət çəkərək, pandemiyanın BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin icrasına ciddi əngəllər törətdiyini və gənclərin pandemiyadan sonrakı reabilitasiya dövründə oynayacağı rolun əhəmiyyətini vurğulamışdır. Bu xüsusda, BMT nümayəndəsi BMT Baş Katibinin təşəbbüsü ilə irəli sürülmüş BMT-nin Gənclər siyasəti üzrə 2030-cu il Strategiyasından bəhs etmişdir. Sonda BMT elçisi simulyasiya məşğələsinin iştirakçılarına uğurlar arzu edərək simulyasiyada iştirak edən gənclərlə tədbirdən sonra da işləməyə hazır olduğunu bildirmişdir.
Məşğələnin 5 marta qədər davam edəcək növbəti hissələrində iştirakçıların regional bölgü (Latın Amerikası, Asiya və Afrika/Avropa) əsasında qrup müzakirələrinin və bütün iştirakçıların iştirakı ilə keçiriləcək plenar iclaslarının baş tutması və sonda Simulyasiyanın yekun sənədinin razılaşdırılıb qəbul edilməsi gözlənilir.