SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan-Türkiyə Preferensial Ticarət Sazişinin detalları açıqlanıb

Azərbaycan-Türkiyə Preferensial Ticarət Sazişinin detalları açıqlanıb
2-03-2021, 12:37

Azərbaycan və Türkiyə arasında bu aydan qüvvəyə minən Prefensial Ticarət Sazişinn detalları bu gün qonşu ölkənin rəsmi mətbuatında açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, saziş bir sıra məhsulların gömrük rüsumu ödəmədən ticarətini nəzərdə tutur.

Həmin məhsullar müxtəlif növ pendir, süfrə üzümü, gavalı, xurma, çay, bitki mənşəli qatı və maye yağlar, ağ şəkər, şokolad, xiyar, pomidor, mürəbbə, marmelad, meyvə və meyvə püresidir. Amma onların ticarəti müəyyən kvota çərçivəsində həyata keçirilməlidir. Bunun üçün 1 ay əvvəlcədən Türkiyənin Ticarət Nazirliyinə müraciət etmək lazımdır.

Sazişin imkanlarından istifadə etmək üçün sənədlərdə saxtalaşdırmaya yol verən, ona məxsus lisenziyanı 3-cü şəxsə ötürən iş adamlarının kvotası dərhal ləğv ediləcək və həmin şəxslər 5 il müddətində yeni kvota ala bilməyəcəklər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930