SON DƏQİQƏ

naxcivanxeberleri.com

İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı

İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı
1-03-2021, 13:49

Bir sıra ispandilli KİV-lər Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransına dair məqalələr dərc ediblər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, məqalələr "elDiario.es", "Diario Libre" agentlikləri, həmçinin "Anadolu" və "Xinhuanet" agentliklərinin ispandilli versiyaları tərəfindən hazırlanıb.

Xəbər agentlikləri öz məqalələrində Prezident İlham Əliyevin bölgədəki vəziyyət və 44 günlük Vətən Müharibəsi zamanı erməni işğalından azad edilmiş ərazilərin inkişaf planları ilə bağlı açıqlamalarını təqdim ediblər.

"Xinhuanet" həmçinin vaksinlərin koronavirusun yeni ştammlarına qarşı effektivliyi barədə də yazıb. Agentlik qeyd edib ki, Azərbaycanda 2021-ci ilin fevral ayında başlayan vaksinasiya kampaniyasında Çinin istehsal etdiyi "CoronaVac" vaksinindən istifadə edilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930