00:30 - Günün qoroskopu
23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə İranın Mehr xəbər agentliyinin fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransından hazırladığı xəbərdə əks olunub.
Mehr xəbər agentliyinin hazırladığı xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev konfrans zamanı Qarabağ müharibəsindən sonra İranla Azərbaycan arasında əməkdaşlıq perspektivləri barədə İranın Mehr xəbər agentliyinin sualını cavablandırıb.
Tehran-Bakı əlaqələrinin perspektivləri və İranın Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirakı və regionun stabilləşməsində, regionda yaşayan insanların rifahının təmin edilməsində iki ölkənin əməkdaşlığının əhəmiyyəti ilə bağlı suala cavab verən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan-İran əməkdaşlığı çox yaxşı səviyyədədir:
“Bilirəm ki, İran şirkətləri dağıdılmış ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar. Azərbaycandan olan yüksəksəviyyəli nümayəndə heyəti İranda səfərdə olub. Burada əməkdaşlığımızla bağlı vacib məsələlər, o cümlədən Xudafərin su anbarının birgə istifadəsi də müzakirə edilib. Biz artıq elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılığa gəlmişik. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb”.
Prezident İlham Əliyev vurğulayıb ki, yeni vəziyyətlə əlaqədar çoxlu imkanlar var: “Biz İranla dövlət sərhədimizi bərpa etmişik, onun 132 kilometrlik hissəsi işğal səbəbindən bizim nəzarətimizdə deyildi. Bu gün isə artıq biznes üçün yeni imkanlar açılır. Buraya nəqliyyat və kənd təsərrüfatı da daxildir. Nəqliyyat sahəsi haqqında danışarkən, mən Zəngəzur dəhlizini qeyd etmək istəyirəm. Bu dəhliz İran tərəfi üçün də faydalı olacaqdır.”