SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev

Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
26-02-2021, 18:11

Bu konfrans beynəlxalq medianın Prezident İlham Əliyev, Azərbaycan və onun uğurlarına olan diqqətin bir nümunəsidir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media oqanının 50-yə yaxın sualı cavablandırıldı:

"Çox əhatəli suallar idi, cənab Prezident tərəfindən dəqiqliklə, məntiqlə bu sualların hamsı ardıcıllıqla cavablandırıldı. Bu, Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir. Bir amili də nəzərə almalıyıq ki, bu mətbuat konfransının keçirilməsi Xocalı faciəsinin 29-cu ildönümünə təsadüf edir. Konfrans beynəlxalq media vasitəsilə Xocalı həqiqətlərini geniş formada dünya ictimaiyyətinə çatdırmış oldu. Bu konfrans ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatırılmasında növbəti vacib qələbəmizdir".

Qeyd edək ki, fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930