SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya XİN: Qarabağda əsas məsələ normal həyatın bərpası və köçkünlərin qayıtmasıdır

Rusiya XİN: Qarabağda əsas məsələ normal həyatın bərpası və köçkünlərin qayıtmasıdır
26-02-2021, 16:29

"Qarabağda əsas məsələ normal həyatın bərpası və köçkünlərin qayıtmasıdır".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə jurnalistlərin və turistlərin gələ bilməsi problemlərini şərh edərkən deyib.

“Biz bir sual verməliyik: nəyi istəyirik? İndi Qarabağda turizmi inkişaf etdirmək? Əsas vəzifə budur? Yoxsa, davamlı sülhə nail olmaq, qaçqınların qayıtması və normal həyatın bərpası?”, - o bildirib.

M.Zaxarova vurğulayıb ki, çoxsaylı məsələlər mərhələli şəkildə həll ediləcək: "Rusiya sülhməramlıları hazırda əsas məsələ ilə məşğuldurlar".

XİN sözçüsü qeyd edib ki ki, 2020-ci ilin noyarbında bəyanatı imzalayan tərəflər dayanıqlı sülhün təmin olunması və Qarabağ ərazisinə həyatın qayıtmasını əsas məqsəd olaraq görürlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930