SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ceyhun Bayramov: “Dünya birliyi Ermənistanın bu addımlarını qınamalıdır”

Ceyhun Bayramov: “Dünya birliyi Ermənistanın bu addımlarını qınamalıdır”
26-02-2021, 11:18

“Bu gün Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi ən qanlı faciələrdən birinin 29-cu ildönümüdür”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib.

“Bu yaralar hələ tam sağalmayıb. Bunların xüsusi amansızlıqla törədilmiş cinayətlər olmasından əlavə, onu törədənlərin məsuliyyətə cəlb edilməməsi də acınacaqlıdır. Onların məqsədləri Azərbaycan əhalisini məhv etmək idi”, - XİN başçısı bildirib.

Bununla yanaşı, o, Azərbaycanın torpaqlarının işğalına son qoyduğunu vurğulayıb.

“Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət etdiyi halda, Ermənistan bu müharibə zamanı da əvvəlki kimi davranaraq günahsız mülki insanları, uşaqları və qadınları öldürdü. Eyni terror taktikasından istifadə edildi: qəfil gecə hücumları. Məqsəd isə yenə dinc əhalini məhv etmək idi. Döyüş bölgəsindən çox kənarda yaşayan insanlar qətlə yetirildi. Bu, Ermənistanda bu gün də eyni terror ideologiyasına sahib insanların hakimiyyətdə olduğunu göstərir. Bu, cəmiyyətdə cəzasızlıq sindromunun olduğunu göstərir. Müharibə bitdikdən sonra da hərbi ritorikanın şahidi olduq”, - C.Bayramov vurğulayıb.

O qeyd edib ki, Ermənistan hələ də Azərbaycana minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. “Hesab edirik ki, dünya birliyi Ermənistanın bu addımlarını qınamalıdır”, - nazir söyləyib.

“Biz dünyanı bu məsələlərdə susmamağa, kənar müşahidəçilər olmamağa, ədalətin tərəfini tutmağa çağırırıq”, - XİN başçısı deyib.

O, Azərbaycanın sülh və region ölkələrinin ərazi bütövlüyünə hörmət edilməsinin tərəfdarı olduğunu da vurğulayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31