SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədə “Mavi Vətən–2021” təlimlərinə 87 gəmi, 27 təyyarə və 20 helikopter cəlb olunacaq

Türkiyədə “Mavi Vətən–2021” təlimlərinə 87 gəmi, 27 təyyarə və 20 helikopter cəlb olunacaq
24-02-2021, 16:22

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin fevralın 25-dən martın 7-dək keçiriləcək “Mavi Vətən–2021” təlimlərinə 87 gəmi, 27 təyyarə və 20 helikopter cəlb olunacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, ölkənin Hərbi Dəniz Qüvvələri ilə yanaşı, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin də iştirak edəcəyi təlimlər Egey və Aralıq dənizlərinin Türkiyəyə aid ərazi sularında keçiriləcək. Təlimlərdə pilotsuz uçuş aparatlarının (PUA) dəniz əməliyyatlarında operativ və taktiki sınaqlarının keçirilməsi, Hərbi Dəniz Qüvvələrinə bağlı qərargah, birlik və gəmilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi nəzərdə tutulur.

Təlimlərə Hərbi Dəniz Qüvvələrinin 82 gəmi, 5 dəniz polisi təyyarəsi, 12 dəniz helikopteri, PUA-lar, “Amfibiya” dəniz piyada birlikləri və SAT/SAS qrupları, Quru Qoşunlarına aid helikopterlər, Hərbi Hava Qüvvələrinin F-16, F-4 qırıcı təyyarələri, eləcə də Havadan Xəbərdarlıq və Nəzarət (HİK) təyyarələri, Sahil Mühafizə Xidməti və digər qurumların qüvvələri də cəlb ediləcəklər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930