SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının növbəti görüşünün keçiriləcəyi yer açıqlanıb

Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının növbəti görüşünün keçiriləcəyi yer açıqlanıb
24-02-2021, 15:48

Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi yer müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Ankarada xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə razılıq əldə edilib.

Belə ki, tərəflər növbəti görüşün Türkmənistanda keçirilməsinə razılıqlarını bildiriblər. Görüşün tarixi diplomatik kanallarla razılaşdırılacaq.

Qeyd edək ki, fevralın 23-də Türkiyə xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun dəvəti və Azərbaycan xarici işlər naziri cənab Ceyhun Bayramov və Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə Ankara şəhərində xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930