SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçıları Ankarada görüş keçirəcəklər

Bu gün Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçıları Ankarada görüş keçirəcəklər
23-02-2021, 09:30

Bu gün Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Türkiyənin paytaxtı Ankarada üçtərəfli görüş keçirəcəklər.

NAXCİVANXEBERLERİ.COM-un Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin beşinci üçtərəfli görüşünün proqramına əsasən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistanın XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək.

Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728