SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə xarici işlər nazirinin Azərbaycana səfər proqramı məlum olub

Türkiyə xarici işlər nazirinin Azərbaycana səfər proqramı məlum olub
17-02-2021, 11:43

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri fevralın 18-dən 19-dək davam edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb.

Səfər çərçivəsində M.Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşəcək. Prezident İlham Əliyev XİN başçısını qəbul edəcək.

Həmçinin Gürcüstan baş nazirinin müavini – xarici işlər naziri David Zalkalianinin də iştirakı ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin doqquzuncu üçtərəfli görüşü keçiriləcək.

M.Çavuşoğlunun gürcüstanlı həmkarı ilə ikitərəfli görüşü də olacaq. Danışıqlarda ölkələr arasında münasibətlər və regional məsələlərlə bağlı proseslər, həmçinin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığı inkişaf etdirmək üçün atıla biləcək addımlar ikitərəfli və üçtərəfli formatda müzakirə olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930