SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ceyhun Bayramov ATƏT rəsmiləri ilə Qarabağ bəyanatını müzakirə edib

Ceyhun Bayramov ATƏT rəsmiləri ilə Qarabağ bəyanatını müzakirə edib
16-02-2021, 22:46

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə videokonfrans formatında görüşü olub.

XİN-in Mətbuat xidməti idarəsindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, fevralın 16-da xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videokonfrans formatında görüşü keçirilib.

Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması və əmin-amanlıq şəraitində birgəyaşayışın həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930