SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
16-02-2021, 16:42

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 18-də Azərbaycana səfər edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, o, Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak edəcək.

D.Zalkaliani səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşlər də keçirəcək.

Qeyd edək ki, bu formatda xarici işlər nazirlərinin son görüşü 2019-cu ilin dekabrında Tbilisidə keçirilib. XİN başçıları növbəti görüşün Bakıda keçirilməsinə dair razılıq əldə ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31