SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dəmirçi kəndinin Sədərək rayonunun inzibati ərazisinə keçməsi ilə bağlı sənəd plenar iclasa tövsiyə olunub

Dəmirçi kəndinin Sədərək rayonunun inzibati ərazisinə keçməsi ilə bağlı sənəd plenar iclasa tövsiyə olunub
16-02-2021, 13:42

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, iclasda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

Müzakirələrdən sonra sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, qanun layihələrinə əsasən Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031