SON DƏQİQƏ

naxcivanxeberleri.com

II Qarabağ Müharibəsi: Ermənistanın cinayətləri və bölgədəki son vəziyyət - Xarici ekspertlərin fikirləri

II Qarabağ Müharibəsi: Ermənistanın cinayətləri və bölgədəki son vəziyyət - Xarici ekspertlərin fikirləri
7-02-2021, 23:00

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfərlə ərazilərinin işğalına son qoydu.

Bu müharibəyə qədər də Ermənistanın bir çox cinayətləri var idi, Azərbaycan daim bu cinayətləri bütün dünyaya göstərirdi. II Qarabağ Müharibəsində isə Ermənistan ən qabarıq formada faşist mahiyyətini üzə çıxdı. Dinc sakinlər hədəf alındı, evlərə, mülki obyektlərə zərər vuruldu.

Ermənistanın müharibə cinayətlərindən biri də xarici ölkə vətəndaşlarının, muzdluların, terrorçuların cəlb olunaraq müharibədə istifadə olunması oldu. Fransa, Kanada və digər ölkələrin vətəndaşlarının Qarabağda Ermənistan tərəfindən döyüşməsilə bağlı faktlar ortaya çıxdı.

Belə ki, Fransa vətəndaşları- Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs); "Zouaves Paris" ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir; Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarus vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlumdur. Bu faktlarla bağlı cinayət işləri də başlanılıb.

Məşhur fransalı tədqiqatçı Sebastien Bussua Fransanın "Lagazetteaz.fr" qəzetinə müsahibəsində bildirir ki, Fransadan gəlmiş bəzi şəxslər Qarabağda bir çox cinayət əməlləri törədib:

"Fiche S" siyahısında adı yer alan 10-dan çox fransalı Ermənistan Ordusuna qoşulmaq üçün Fransadan yola düşüb. Bu, qeyri-qanunidir, çünki rəsmi Paris tərəfindən nizami bir ordunun tərkibində ikili vətəndaşlığı olanlara şamil olunan hüququn bununla heç bir əlaqəsi yoxdur. Qarabağa döyüşmək üçün gedənlər arasında Ermənistana böyük simpatiyası olan Fransa vətəndaşları da olub. Bu, artıq böyük bir problemdir və qeyri-qanuni bir haldır, çünki döyüşlərə qatılmış həmin şəxslər artıq zorakılığa əl atmaq, silahdan istifadə etmək kimi hallara vərdiş etmiş şəxslərdir".

"Onlar Fransa ərazisinə qayıtdıqdan sonra, sanki heç nə olmamış kimi fəaliyyət göstərəcəkmi?"

Fransalı tədqiqatçı qeyd edir ki, bu səbəbdən, artıq onlar barəsində ilkin istintaq başlayıb. Onların Ermənistandan qayıdarkən Fransa sərhədlərində saxlanılaraq sorğu-sual edilməsi, istintaq tədbirlərindən asılı olaraq, törədə biləcəkləri və ya artıq törətmiş olduqları cinayət əməllərini aşkar etmək, həmçinin onların terrorizmi təbliğ etmələrini müəyyənləşdirmək və o şəxslərə qarşı hansı cəzaların tətbiq olunacağını müəyyənləşdirmək üçün tədbirlər görülür:

"Hesab edirəm ki, Ermənistan müharibəni uduzduğu üçün Qarabağa yollanmış şəxslər tərəfindən Fransa ərazisindəki müsəlmanlara qarşı da qisas almaq riskləri ola yaxud kəskin etirazlar törədilə bilər".

"Fransada çox böyük olan erməni diasporasının təzyiqi var"

Radio Fransın repartyoru Valeri Krova isə Fransanın "Lagazetteaz.fr" qəzetinə müsahibəsində Azərbaycanın azad olunmuş ərazilərinə səfəri barəsində də danışıb: "Bizi əsas maraqlandıran azad olunmuş ərazilərə ayaq basmaq idi. Ağdam və Zəngilanın hansı vəziyyətə düşdüyünü gedib öz gözlərimizlə gördük. Mən şəxsən düşünürəm ki, bu, dini köklərə əsaslanan bir münaqişə deyil, əsasən torpaq uğrunda aparılan bir münaqişədir".

Ermənilərin təsiri ilə Fransanın Dağlıq-Qarabağ məsələsi ilə əlaqədar Ermənistanın tərəfini tutmasına gəldikdə fransız reportyor vurğulayıb ki, əslində, Senat və Milli Assambleya noyabr ayının sonları və dekabr ayının əvvəlləri Dağlıq-Qarabağın Azərbaycandan ayrı müstəqil bir region olaraq tanınmasını tələb edən bir təklifi səsə qoymuşdular. Bəlkə də Fransada çox böyük olan erməni diasporasının təzyiqi altında bu baş verdi. Bu reallıqdır. Lakin Fransa Xarici İşlər Naziri, Jan-İv Lö Drian bu təklifə qarşı əks mövqe sərgilədi. Beləliklə, demək olar ki, Dağlıq-Qarabağın tanınmasına qarşı dövlət səviyyəsində əks mövqe ifadə olundu".

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sabitliyi təmin etməklə yanaşı, sosial-iqtisadi inkişafa da imkan yaradacaq

Rusiyalı politoloq Tatyana Poloskova isə Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə toxunub. Bildirib ki, bu mərkəz təkcə hərbi baxımdan sabitliyi təmin etməyəcək, həm də sosial-iqtisadi sahənin inkişafına imkan yaradacaq.

Onun sözlərinə görə, bir çox rusiyalı ekspertin də vurğuladığı kimi Monitorinq mərkəzi sabitliyin əsasıdır. Politoloq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Qarabağda Moskva ilə Ankaranın əməkdaşlığı barədə açıqlamalarına da toxunub:

"İlk növbədə mən Medvedevin o fikri ilə razıyam ki, biz indi Rusiya ilə Türkiyə arasında məhsuldar dialoqu müşahidə edirik. Türkiyə Rusiyanın regionda vacib tərəfdaşı kimi qəbul edilib. Ümid edirəm ki, Rusiyada bu prosesə fəal şəkildə qoşulacaq".

"Biz tezliklə Qarabağda yeni iqtisadi möcüzənin şahidi olacağıq"

Bunu isə Trend-ə ukraynalı ekspert Aleksandr Merejko azad edilən ərazilərin sahib olduğu potensial barədə danışarkən deyib. Bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi bərpası bütün ölkə iqtisadiyyatının inkişafına təkan verəcək: "Amma bundan əvvəl Azərbaycan işğal müddətində dağıdılmış regionun bərpası üçün çoxlu investisiya qoymalıdır. Buna baxmayaraq, mən əminəm ki, tezliklə biz regionun iqtisadiyyatı və mədəniyyətinin sürətli bərpası ilə bağlı yeni iqtisadi möcüzənin şahidi olacağıq".

Ekspert qeyd edib ki, Azərbaycan digər ölkələrlə qarşıdurmaya deyil, dinc əməkdaşlığa can atır: "Azərbaycan digər dövlətlərin və xalqların hüquqlarına hörmət edir, onlarla qarşılıqlı səmərəli əməkdaşlıq etməyə və dinc münasibətlər yaratmağa çalışır".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31