14:00 - "Facebook Messenger"in işində problemlər yaranıb
13:50 - Dünyada koronavirusa yoluxanların son statistikası
13:40 - “WhatsApp” bəzi smartfonlarda işləməyəcək
13:30 - ABŞ və Yaponiya arasında Çinlə bağlı görüş keçiriləcək
13:21 - Azərbaycanda qızıl ucuzlaşıb
13:12 - Azərbaycanda 183 minə yaxın fermer payızlıq əkinlərə görə subsidiya alıb
13:00 - Azərbaycan nefti bahalaşmaqda davam edir
12:45 - Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
12:37 - Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı
12:30 - Bir ananın monoloqu...
12:18 - Cəza çəkən şəxslərin qəbul imtahanlarında iştirakı təklif edilir
12:09 - Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb
11:49 - Pensiya yaşına çatanlarla bağlı TƏKLİF
11:42 - Azərbaycanda peyvənd olunanların sayı 400 mini ötüb
11:30 - Çempionlar Turu: Rəcəbov və Məmmədyarov iştirakçılar sırasında - SİYAHI
Mövlud Çavuşoğlu: “MV Mozart” gəmisi limana daxil olan kimi azərbaycanlı mühəndisin cənazəsi Vətəninə göndəriləcək
“MV Mozart” gəmisi Qabon limanına daxil olan kimi azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsinin Vətəninə göndərilməsi istiqamətində tədbirlər görüləcək.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTN telekanalına açıqlamasında bildirib.
“MV Mozart” gəmisinin hazırda Qabonun sahil sularına çatdığını deyən Mövlud Çavuşoğlu qeyd edib ki, bir qədər əvvəl gəminin kapitanı ilə telefonla danışıb. Hazırda gəmi təhlükəsiz şəkildə limana daxil olmaq üçün gözləyir. Gəmiyə texniki yardım heyətinin göndərilməsi ilə bağlı Qabon tərəfi ilə danışıqlar aparılıb.
Nazir diqqətə çatdırıb ki, dəniz quldurları tərəfindən qaçırılan gəmi heyətinin xilas edilməsi üçün koordinasiyalı iş aparılır.
Qeyd edək ki, dəniz quldurlarının basqınına məruz qalan “MV Mozart” gəmisinin 19 heyət üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb.