00:02 - BÜRCLƏR-28 fevral
23:34 - Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
23:11 - Azərbaycan güləşçisi ermənini udub bürünc medal qazandı
22:26 - Daha iki güləşçimiz finala vəsiqə qazandı
22:12 - Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldıldı
21:30 - Ermənistan müxalifəti: Bütün hərbçilər Paşinyanın istefasını tələb edir
21:11 - Tailandda Xocalı soyqırımı qurbanları yad edilib
20:21 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı
19:42 - Paşinyan yenə baş qərargah rəisinin istefası təklifini prezidentə göndərəcək
18:45 - Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin fəaliyyəti genişləndirilir - FOTO
18:45 - Ermənistan prezidenti qərargah rəisini istefaya göndərmədi
18:38 - Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib - FOTO
18:14 - Azərbaycanı dünya çempionatında təmsil edəcək idmançılar bilindi
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər
Bu ilin 24 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib.
Türkiyə xarici işlər naziri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib.
Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.
Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.
Nazirlər dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar.