SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı

Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı
22-01-2021, 13:30

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Beyləqan, Qubadlı, Zəngilan, Tərtər, Tovuz və Xocavənd rayonları ərazilərində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 7, Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Agentlikdən verilən məlumata görə, daxil olmuş 8 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 124 ədəd partlamamış hərbi sursat (PHS), 7 ədəd piyada əleyhinə mina, 3 ədəd təlim məqsədli tank əleyhinə mina, 197 ədəd müxtəlif çaplı patronlar, 23 ədəd top mərmisinin gilizləri və 2 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 543 669 kv.m (1 354 ha) ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.

Agentliyin mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031