SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranın xarici işlər naziri Bakıya gəlir

İranın xarici işlər naziri Bakıya gəlir
20-01-2021, 20:15


İranın xarici işlər naziri Məhəmməd Zavad Zərif gələn həftə Rusiya və Qafqaz ölkələrinə səfər edəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu iranlı nazirin özü jurnalistlərə açıqlamasında deyib.

Zərifin sözlərinə görə, Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistana səfərlərin tarixi artıq müəyyənləşib. Nazir bununla əlaqədar koronavirus testinin cavabını gözləyir.

İranlı nazir deyib ki, səfərdə məqsəd Qarabağda sülh və stabilliyə kömək edə biləcək ölkələrlə danışıqlar aparmaqdır.

Zərif əlavə edib ki, ötən gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub və Türkiyəyə səfər də planlaşdırılır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031