11:06 - Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edib
10:55 - Azərbaycanda qızıl və gümüş ucuzlaşır
10:39 - Füzulinin Yuxarı Rəfədinli kəndindən görüntülər
10:25 - III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirməyə başlanılıb
09:51 - YAP-ın növbədənkənar qurultayı başlayır
09:44 - DİM və Təhsil Nazirliyi buraxılış imtahanları ilə bağlı yeni qərar verib
09:32 - Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
09:24 - Martın 5-də xarici valyutaların manata qarşı məzənnələri
09:13 - Ağbulaq Xizək Mərkəzi Küveyt mediasında
09:00 - “Naxçıvan blokadası” – yaşadığımız illərin canlı salnaməsi
00:30 - Günün qoroskopu
00:00 - Naxçıvanda bədən tərbiyəsi və idman sahəsində görülən işlər öz bəhrəsini verir
23:26 - Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
22:47 - Türkiyədə hərbi helikopterin qəzasında ölənlərin sayı 10 nəfərə çatıb
22:30 - İdman – sağlam gələcəyimizin, iradə və əzmkarlığın, qələbənin rəhni
Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləməyib
Müxalifətdə olan İşıqlı Ermənistan Partiyası 44 günlük döyüşü və hərbi əməliyyatlaradək olan dövr ərzindəki vəziyyəti araşdırmağı təklif edib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Qraparak” qəzeti bildirib.
Deputat Edmo Marukyanın başçılıq etdiyi partiyanın təklifini Qaqik Sarukyanın Çiçəklənn Ermənistan Partiyası, “Daşnaksütyun” və Aram Sarkisyanın Respublika Partiyası dəstəkləyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın “Mənim addımım” və keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyası bu təklifdən imtina edib.
Təklifə əsasən, araşdırma komissiyasının tərkibinin 16 nəfərdən ibarət olması, parlamentdəki fraksiyaların hər birindən 4 namizəd, parlamentdən kənar 3 partiyanın hərəsindən bir namizəd irəli sürülməsi təklif olunur. Təklifdə komissiyaya İnsan hüquqlarını müdafiə ofisinin Ermənistandakı nümayəndəsinin də daxil olması qeyd olunub.
Mütəxəssislər Paşinyan və Sarqsyanın partiyalarının təklifi dəstəkləməməsini təsadüfi saymır. İndiyədək parlamentdə 2016-cı ilin aprel döyüşlərinin araşdıran komissiya fəaliyyət göstərir. Ehtimal olunur ki, bundan sonra həmin komissiya öz işini dayandıracaq. Müxalifətin təklifindən imtina edilməsi də bununla bağlı ola bilər. Başqa sözlə, Nikol Paşinyanın aprel döyüşlərini araşdırmağı dayandırması qarşılığında Sarqsyan da 44 günlük döyüşlərin müzakirə olunmamasını dəstəkləyəcəyini boyun olub.