SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı artıb

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı artıb
19-01-2021, 14:19

Ermənilər İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən və meyitləri döyüş meydanında qalan hərbçilərin, həmçinin müxtəlif şəraitdə ölən mülki şəxslərin qalıqlarını toplamaqda davam edirlər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu “Sputnik Armeniya”ya qondarma “Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan deyib.

“Bir mülki şəxsin və bir əsgərin cəsədi Xocalı rayonunun Ballıca kəndi ərazisində tapılıb. Daha beş əsgərin cəsədi Cəbrayıl ərazisi, bir hərbi qulluqçu Sünik vilayəti Zeyvə kəndinin keçmiş inzibati ərazisində (Ermənistanın özününküləşdirdiyi Qubadlı ərazisi – “Report”) tapılıb”.

Beləliklə, indiyədək döyüş bölgəsindən qalıqları tapılan ermənilərin sayı 1 246-ya çatıb.

Məlumata görə, hazırda Xocavənd, Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində axtarış işləri davam edir. Axtarış işlərində ölənlərin yaxınları, könüllülər və ərazini tanıyan şəxslər iştirak edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031