23:30 - İnstaqramda yeni funksiya yaradılır
22:41 - Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
22:28 - Aleksandr Lukaşenko oğlunu vəzifədən azad etdi
21:40 - Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
21:07 - Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri arasında dram müsabiqəsi keçirilib-FOTO
20:32 - Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
19:56 - Mövsüm mərasimlərindən ikinci ilaxır çərşənbə – Torpaq çərşənbəsi
19:48 - "Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
19:39 - Azərbaycanda zəlzələ olub
18:55 - Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
18:41 - Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızıb
18:04 - Paşinyanın tərəfdarları meydana gəlməyə başlayıb
17:43 - Ən qədim titanozavr qalıqları aşkarlandı
17:30 - Paşinyan Baş Qərargah rəisinin işdən çıxarılması təklifini üçüncü dəfə prezidentə göndərib
İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
İran və Türkiyə arasında yükdaşıma və sərnişindaşıma potensialının maksimuma çatdırılması məqsədilə 3 sənəd imzalanıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmiryol Şirkətinin icra direktoru Səid Rəsuli deyib. Onun sözlərinə görə, İran və Türkiyə arasında imzalanan bu sənədlər bir neçə istiqaməti nəzərdə tutur. Belə ki, Şərq-Qərb Dəhlizinin möhkəmləndirilməsi, Çin, Əfqanıstan və Pakistandan Türkiyəyə və əks istiqamətdə yükdaşımalar artacaq, Türkiyənin İranın cənub limanlarına çıxışı olacaq.
Nazir müavini deyib ki, cənub istiqamətindən Çinin Avropaya çıxışı da bu sənədlərdə nəzərdə tutulub.
Rəsuli əlavə edib ki, həmçinin İstanbul-Tehran-İslamabad dəmiryolu xətlərinin birləşəcəyinə ümid edilir.
Şirkət rəsmisi bildirib ki, cari İran ilinin 9 ayı (20 mart -20 dekabr 2020) ərzində İranla Türkiyə arasında 500 min tondan çox məhsul dəmiryolu vasitəsi ilə daşınıb. Bu rəqəm ilin sonunadək (21 mart 2021-dək) 600 min tona çatacaq. Bu isə iki ölkənin dəmiryol nəqliyyatı üzrə əməkdaşlığında rekord rəqəm sayılır.