SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək
15-01-2021, 14:14

Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələri birgə hərbi təlimlər keçirəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu məsələ müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Pakistanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşündə müzakirə olunub.

Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib.

Müzakirələr zamanı Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 15-də Pakistanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031