SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ceyhun Bayramovun Mevlüt Çavuşoğlu ilə görüşü keçirilib

Ceyhun Bayramovun Mevlüt Çavuşoğlu ilə görüşü keçirilib
13-01-2021, 22:17

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrasını, eləcə də Moskva şəhərində imzalanmış 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın reallaşması məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031