19:33 - Məktəblilər arasında “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
19:05 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
18:45 - Kəlbəcərin Alolar kəndi-FOTO
18:35 - Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
18:26 - İsmayıl Hacıyev alim və ictimai xadim kimi-FOTO
18:16 - Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək
17:50 - Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi başlanıldı
17:30 - Təhsil Nazirliyində ilin yekunları müzakirə olunub-FOTO
17:21 - Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq
17:10 - İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
16:55 - Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
16:50 - Prezident İlham Əliyev: Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb
16:38 - Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
16:32 - Prezident İlham Əliyev: Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
Əfqanıstanda Azərbaycanın Səfirliyi təsis edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Qanunu imzalayıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, qanunla Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyi təsis edilir.
Dövlət başçısı, həmçinin Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alınır:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.