SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanın müharibədəki itkilərinin sayı artır

Ermənistanın müharibədəki itkilərinin sayı artır
11-01-2021, 09:10

Ermənilərin Zəngilan rayonu istiqamətində apardıqları axtarışlar zamanı bu ölkənin daha 14 hərbi qulluqçusunun meyiti tapılıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM  “News.am”a istinadən xəbər verir.

Qeyd edilir ki, itkin erməni əsgərlərinin axtarışları bu gün Hadrut, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları istiqamətində davam etdiriləcək. Xüsusən Hadrutda iki axtarış qrupu fəaliyyət göstərəcək. Qruplardan biri meyitləri, digəri gizlənən erməniləri axtaracaq.

Bununla da Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 211 nəfərə çatıb.

Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.

Daha əvvəl Cəbrayılda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31