SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb

Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb
10-01-2021, 16:41

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçiriləcək.

Komissiyaya müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, hərbi hissənin ərazisinə məlumat daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır.
Bildiririk ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və mülki şəxslərin sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tövsiyələrinə (maskadan istifadə olunması, əllərin müvafiq məhlulla dezinfeksiya edilməsi, sosial məsafənin saxlanılması və s.) ciddi riayət olunmalıdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728