SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə XİN başçısı: "İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi"

Türkiyə XİN başçısı: "İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi"
29-12-2020, 17:19

"Hazırda Qarabağda atəşkəs yaranıb. Rusiya sülhməramlıları meydandadır. Ortaq monitorinq mərkəzi qurulur. Məqsəd davamlı sülh və sabitliyə nail olmaqdır".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətuat konfransında bildirib.

"Altılıq formatında bütün imkanlarımızı səfərbər etməyimiz lazımdır. Bu addımlar atıldıqca davamlı sülh yarada biləcəyik, bölgədəki əlaqələr normallaşacaq. Hörmətli İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi. Hörmətli prezidentmiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, davamlı sülh olarsa, əlaqələrimizi normallaşdıra bilərik", - o deyib.

M.Çavuşoğlu fəaliyyətlərini Azərbaycanla əlaqələndirəcəklərini də vurğulayıb: "Biz elə bir nəticə görmək istəyirik ki, orada sülh yaratmağımıza, monitorinq mərkəzi formalaşdırmağımıza ehtiyac qalmasın".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031