SON DƏQİQƏ

naxcivanxeberleri.com

FAO Azərbaycanda kənd təsərrüfatı üzrə 7 layihə həyata keçirir

FAO Azərbaycanda kənd təsərrüfatı üzrə 7 layihə həyata keçirir
28-12-2020, 16:51

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı layihələri ölkənin Strateji yol xəritələri çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə çatmağa xidmət edir.

Bunu FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Koordinasiya Ofisindən bildiriblər.

Təşkilatın nümayəndəsinin sözlərinə görə, 2020-ci ildə FAO texniki əməkdaşlıq proqramı çərçivəsində bitkiçilik və heyvandarlıq, ərzaq təhlükəsizliyi, meşə təsərrüfatı, balıqçılıq və digər sahələrdə müxtəlif layihələrin icrasını davam etdirib. Hazırda bu istiqamtlərdə 7 layihənin icrası davam edir.

Qeyd olunub ki, FAO Azərbaycanla 20 ildən çox müddət ərzində məhsuldar əməkdaşlıq edir:

"2015-ci ildə Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Koordinasiya Ofisi yaradılıb və hökumətlə beş il müddətinə Əməkdaşlıq proqramı imzalanıb. Bu proqram çərçivəsində kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirilməsinə 10 milyon dolların ayrılması planlaşdırılıb. Bizim əsas məqsədimiz ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsullarının idxalından asılılığın azaldılması, ixracın stimullaşdırılması, eləcə də təbii ehtiyatların daha səmərəli istifadəsi olub".

2020-ci ildə başa çatan cari Əməkdaşlıq proqramının layihələrinin yekunları barədə FAO nümayəndəliyindən bildiriblər ki, bu proqram çərçivəsində qarşıya qoyulan tapşırıqların böyük əksəriyyəti yerinə yetirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031