SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə Azərbaycanla imzalanan Preferensial Ticarət Sazişi təsdiqlədi

Türkiyə Azərbaycanla imzalanan Preferensial Ticarət Sazişi təsdiqlədi
23-12-2020, 13:30

Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişinin təsdiqlənməsinin uyğun görülməsi və Sazişin əlavələrinə dəyişikliklərin Türkiyə prezidenti tərəfindən birbaşa təsdiqlənməsinə dair səlahiyyət verilməsi ilə əlaqədar qanun layihəsi Böyük Millət Məclisində qəbul edilib.

NAXCİVANXEBERLERİ.COM bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çox ölçülü və strateji səviyyədədir. Ortaq dil, mədəniyyət və tarixdən güc alan qardaşlığımıza əsaslanan “bir millət, iki dövlət” ruhuyla təyin edilən əlaqələrimiz hər sahədə bir çox ölkəyə nümunə olacaq səviyyədədir”, - MHP Iğdır millət vəkili Yaşar Karadağ bildirib.

Xatırladaq ki, Saziş 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanıb. Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.

Sənədə əsasən, Birgə Komitə təsis ediləcək. Birgə komitə bu sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüşəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31