SON DƏQQƏ

naxcivanxeberleri.com

Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib

Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
5-12-2020, 14:49

Belarus portalında Vətən müharibəsində Azərbaycanın tarixi Zəfər qazanması ilə bağlı məqalə dərc edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovun müəllifi olduğu və “Belaruskaya prauda” portalında dərc edilən “Xalq və hakimiyyət birliyi olduqda ölkə yenilməzdir” sərlövhəli məqalədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın illər ərzində qurduğu istehkam sistemlərini aşdığı, torpaqlarımızın cəsur hərbçilərimizin canı və qanı bahasına azad edildiyi qeyd olunub.

Müəllif vurğulayır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbə, xüsusən də Şuşa şəhərinin düşmən işğalından azad edilməsi xalqımızın tarixi yaddaşında əbədi qalacaq. Şuşanın azad edilməsi müharibənin gedişində dönüş nöqtəsi oldu və Ermənistan məğlubiyyətini etiraf etməyə, silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş Kəlbəcər, Ağdam və Laçın bölgələrindən çıxarmağa məcbur oldu. Beləliklə, Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı. Biz tarixi ədaləti bərpa etdik.

“Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi kimi, ölkəmiz üçün yeni bir dövr başlayır - inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır. Azərbaycanın qətiyyəti və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu, xalq və hakimiyyət birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər idi. Zəngin dövlətçilik tarixindən və əcdadlarımızın hərbi tarixindən ilham alan qürurlu Azərbaycan xalqı, daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində tarixi qələbə qazandı”, - deyə Lətif Qəndilov məqaləsində yazıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031