11:30 - Regionda yolların açılması Yerevanın xeyrinə olacaq - Ermənistan baş nazirinin müavini
11:19 - Xınalıq yolu buz bağladı
11:11 - Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iclas keçiriləcək
11:00 - Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
10:30 - Azərbaycanda propilen və polietilen istehsalı ötən il artıb
10:21 - Bu gündən şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
10:10 - Qanunsuz ov edən və ov məhsullarını satan şəxslər cəzalandırılıb
10:00 - Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb
09:48 - Ötən il Azərbaycanda 3 500 kq-dən çox qızıl istehsal edilib
09:41 - Bakıya ilk qar yağdı
09:30 - Yanvarın 21-də xarici valyutaların manata qarşı məzənnələri
09:09 - Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsi artıb - Statistika
09:00 - Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
00:30 - Günün qoroskopu
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
Xarici İşlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasının Baş nazirinin ədliyyə islahatları üzrə müavini, xarici işlər naziri Yekaterina Zaxariyeva ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.