23:15 - Türkiyə AVRO-2021-də iştirak hüququ qazanıb
21:34 - Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
21:19 - Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
20:14 - “20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” devizi altında yoldaşlıq görüşü keçirilib
18:34 - Türkiyənin vitse-prezidenti peyvənd olundu
17:32 - Azərbaycanda 650 nəfər COVID-19-dan sağalıb, 402 nəfər yoluxub, 15 nəfər vəfat edib
17:21 - İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
16:55 - Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib
16:33 - Həbib Nurməhəmmədov bu gün karyerasını bərpa etdiyini açıqlayacaq
16:15 - Ağdam rayonunun Şelli kəndi-VİDEO
16:05 - “Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
16:01 - “Kamaz” helikopterlə toqquşub
15:50 - Çində 5 gün ərzində xəstəxana tikilib
15:19 - Qran-priyə qatılacaq Azərbaycanın yunan-Roma güləşçiləri dəqiqləşib
Bu gün Laçın rayonu Azərbaycana qaytarılır
Bu gün Laçın rayonu Ermənistan silahlı qüvvələrindən təmizlənərək Azərbaycana təhvil verilir.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın bu il noyabrın 10-da imzaladığı üçtərəfli bəyannaməyə əsasən, Ermənistan silahlı qüvvələri dekabrın 1-dək Laçın rayonundan çıxarılmalı və rayon Azərbaycana təhvil verilməlidir.
Xatırladaq ki, işğal zamanı Laçın rayonundan 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayonun 6 Milli Qəhrəmanı var. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.
İşğal zamanı rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib.
Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarında, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün kimi məskunlaşıb.
Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, camaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaqdoldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olub.