SON DƏQİQƏ

naxcivanxeberleri.com

Suqovuşana çəkiləcək avtomobil yolunda yüzlərlə mina zərərsizləşdirildi

Suqovuşana çəkiləcək avtomobil yolunda yüzlərlə mina zərərsizləşdirildi
30-11-2020, 10:19

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 49 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 4 müraciət daxil olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, 53 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 47 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 48 ədəd tank əleyhinə mina, 59 ədəd piyada əleyhinə mina, 5 ədəd tank əleyhinə minanın partladıcısı və 42 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatı davam edir, 76 ədəd tank əleyhinə mina, 118 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə minanın partladıcısı, 6 ədəd partlamamış hərbi sursat (PHS) (cəmi: 206 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Agentliyin partlayış qrupu tərəfindən 64 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31