SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan

Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan
25-11-2020, 17:00

Dağlıq Qarabağda 30 il davam edən işğal sona çatıb. NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, təəssüflər olsun ki, 10 noyabrda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanata baxmayaraq, ATƏT Minsk qrupunun həmsədri olan bəzi ölkələr bu razılaşmadan narahatdırlar:

“Onların narahatlığının heç bir əhəmiyyəti yoxdur. Türkiyə, Azərbaycan və Rusiya bölgədə sülhün və sabitliyin olması üçün çox ciddi addımlar atıb və bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır və bu gün səhər saatlarında işğal edilmiş Kəlbəcər azad edildi”.

R.T.Ərdoğan qeyd edib ki, dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qarabağada sülhün və sabitliyin möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031