SON DƏQİQƏ

naxcivanxeberleri.com

İran xarici işlər nazirinin Azərbaycana səfəri təxirə salınıb

İran xarici işlər nazirinin Azərbaycana səfəri təxirə salınıb
21-11-2020, 18:53

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Rusiya və Azərbaycana səfəri təxirə salınıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, həftə ərzində İranın gələn ilki dövlət büdcəsi ilə əlaqədar hökumətin fövqəladə iclasları təşkil olunacaq və bununla əlaqədar bütün nazirlər və hökumət üzvlərinin iclaslarda iştirak etməsi zəruridir.

S.Xətibzadə əlavə edib ki, bu səbəbdən İran xarici işlər nazirinin Moskva və Bakıya səfəri təxirə salınıb.

Qeyd edək ki, İran XİN-in mətbuat katibi 19 noyabrda bildirmişdi ki, İran xarici işlər naziri 23-24 noyabrda Rusiya və Azərbaycana səfər edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031