SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını söküb aparırlar

Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını söküb aparırlar
16-11-2020, 10:38

Kəlbəcər rayonunu tərk edən ermənilər növbəti vəhşiliyə əl atır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, işğal dövründə Kəlbəcərə köçürülən ermənilər evləri və ərazidəki meşə zolaqlarını yandırmaqla yanaşı, tarixi abidələrə də təcavüz edir. Ermənilər Kəlbəcər rayonu ərazisindəki qədim tarixi abidə olan Xudavəng monastrını sökməyə başlayıb. Onlar monastrda qədim əşyaları, əsərləri və digər qiymətli əşyaları Ermənistana daşımağa başlayıblar.

Xatırladaq ki, Kəlbəcər rayonu ilə Dağlıq Qarabağ arasında yerləşən monastır IX-XIII əsrlərdə Albaniya şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra onlar 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, monastırı saxtalaşdırıblar. Kəlbəcərin işğaldan azad edilməsindən sonra ermənilər monastrdakı zəngləri, məşhur Alban Xudavəng monastırının xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparırlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930