SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan İstanbul kitab sərgisində “Karabakh is Azerbaijan" stendi ilə təmsil olunacaq

Azərbaycan İstanbul kitab sərgisində “Karabakh is Azerbaijan" stendi ilə təmsil olunacaq
16-11-2020, 10:00

Bu il 40-cı dəfə təşkil olunacaq TÜYAP İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycan “Karabakh is Azerbaijan" (Qarabağ Azərbaycandır) stendi ilə təmsil olunacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sərgi noyabrın 18-21-də İstanbul Fuar ve Konqre Mərkəzində açılacaq.

Hər il olduğu kimi bu il də, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgidə ölkənin qədim tarixinin, zəngin mədəniyyətinin, Qarabağ həqiqətlərinin təbliğ olunduğu kitablar nümayiş etdiriləcək.

Xatırladaq ki, İstanbulda hər il təşkil olunan ənənəvi kitab sərgisinə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar qatılır. Nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031